Bakıda motosikletçi faciəli şəkildə ölüb - VİDEO

Bakıda motosikletçi faciəli şəkildə ölüb - VİDEO
HADİSƏ
11:28 11.05.2026
278
Bakıda motosiklet yerüstü piyada keçidinə çırpılması nəticəsində sürücü ölüb.
 
Bu barədə AZXEBER.COM-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.

Belə ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.

Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində ölüb.. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR