Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qəza sentyabrın 17-si Z.Əliyev küçəsində qeydə alınıb. Bakı şəhər sakini Orxan Həsənov idarə etdiyi "Honda" markalı motosiklı ağaca vurub. Sürücü aldığı xəsarətlərdən ötən gün Kliniki Tibbi Mərkəzdə ölüb.