Bakıda müasir piyada keçidi tikildi (FOTO)

Bakıda müasir piyada keçidi tikildi (FOTO)
Bütün Xəbərlər
10:44 22.05.2012
2302

Bakının mərkəzində daha bir piyada keçidi istifadəyə verilir. Milli.Az-ın məlumatına görə, Dövlət Bayraq meydanın yaxınlığında yeni yeraltı piyada keçidi tikilib. Hazırda keçiddə pilləkənlərdə və eskalatorda son tamamlama işləri aparılır. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, yeni tikilən keçidin inşasına 2011-ci ilin sonlarında başlanılıb. Keçidin hər tərəfə iki çıxışı olacaq. Onlardan biri Dövlət bayraq Meydanına çıxacaq. ASC rəsmisi qeyd etdi ki, keçidin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR