Bakıda müəllim məktəb həyətində öldürüldü - HADİSƏ

Bakıda müəllim məktəb həyətində öldürüldü - HADİSƏ
Bütün Xəbərlər
17:57 12.01.2012
2045

Nizami rayonunda qətl hadisəsi baş verib.

Bu gün axşam saatlarında Bakının Nizami rayonunda qətl hadisəsi baş verib. Rayon polis idarəsinin növbətçi hissəsindən AZXEBER.COM-a verilən məlumata görə, 270 saylı musiqi məktəbinin müəlliməsi Rəhimə İsmayılova məktəbin həyətində naməlum şəxs tərəfindən qətlə yetirilib.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə hazırda əməliyyat qrupu hadisə yerindədir. Qətlin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi qaldırılıb.

OXŞAR XƏBƏRLƏR