Bakıda müəllim şagird ölümünə görə cəzalandırıldı

Bakıda müəllim şagird ölümünə görə cəzalandırıldı
Bütün Xəbərlər
12:19 15.01.2013
1616

Bakı şəhərinin 182 saylı orta məktəbində dərs zamanı şagirdin faciəvi ölümündə məsuliyyətsizlik edən müəllim cəzalandırılıb. Məktəbin direktoru Zinət Tağıyevanın Milli.Az-a verdiyi məlumata görə, yanvarın 10-da idman dərsində 10 yaşlı Elmir Babaşovun faciəli ölümü ilə bağlı müəllim Tural Əliyevə Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət verilib. İdman müəlimi T.Əliyevin dərsində 5-ci sinif şagirdi Elmir Babaşov mini-futbol meydançasının qapısından turnik kimi istifadə edərkən dirək aşması nəticəsində həyatını itirmişdi. Hazırda Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin vəzifəli şəxsin işə vicdansız yanaşması və laqeyd münasibəti nəticəsində etdiyi səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (314.2-ci) maddəsi ilə cinayət işinin istintaqı davam etdirilir.

OXŞAR XƏBƏRLƏR