Bakıda müəlliməsi tərəfindən ölümcül döyülən uşaq danışdı - VİDEO

Bakıda müəlliməsi tərəfindən ölümcül döyülən uşaq danışdı -  VİDEO
Bütün Xəbərlər
10:15 22.05.2014
2150

İnternatda döyülən uşaq danışdı

20 mayda 7 saylı xüsusi internat məktəbində təhsil alan Nihad Zaur oğlu Cavadovun burda çalışan müəllimlərdən birinin döyüməsi barədə məlumat yayıldı. Uşağın gözünün altında göy rəngli zədə yerləri vardı.

Təhsil və Daxili İşlər nazirlikləri məlumat yayaraq, uşağın döyülmədiyini, "ayaqyolunda ayağı sürüşərək, yıxıldığını" açıqlayıblar. Əmircanda yerləşən internata gedən jurnalistlərdən heç kimi içəri buraxmayıblar.

Bir qədər əvvəl "youtube" şəbəkəsində uşağın hadisəni nəql etdiyi video yayılıb. Videoda şagird bildirir ki, onu Afaq adlı müəllimə döyüb, başına taxta ilə vurub: "Afaq müəllimə dedi ki, get Nurlanla Arzunu çağır. Onları çağırdım, əvvəl onları döydü, sonra da məni möhkəm döydü, başıma taxta ilə vurdu"

OXŞAR XƏBƏRLƏR