Bakıda müharibəni xatırladan bu yola sahib çıxan yoxdur - AÇIQLAMA - FOTOLAR

SOSİAL
16:12 27.07.2016
1667

Hələ Cavid Qurbanovun “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri olan dövrdən bərbad vəziyyətə salınan bu yol qış aylarında dağ kəndlərinin yolundan heç də fərqlənmir. Yeganə fərq buranın Bakının Binəqədi rayonu olması, oranın isə ucqar dağ kəndi olmasıdır.

Yay aylarında isə bu yola baxanda, ilk baxışda adama elə gəlir ki, müharibə zonasına düşmüsən. Ya da terroristlər ərazidə bir bomba partladıblar, hər şey pərən-pərən olub. Maşınlar bura çatanda sürəti 20-yə endirir, piyadalar az qala ayaq barmaqlarının ucunda yeriyirlər. Əraziyə girən maşının sahibi ordan çıxan kimi mütləq usta qapısını döyməli olur...

Söhbət Bakının Binəqədi rayonu ərazisində, Binəqədi-Biləcəri yolundan gedir.

AZXEBER.COM xəbər verir ki, dəfələrlə mətbuatın “Bakıda bərbad yol” başlığı ilə təqdim etdiyi sujetlərin, reportajların çoxluğuna baxmayaraq, bu yolun dərdinə çarə hələ də tapılmır.

Ətrafda minlərlə evlərin olmasına baxmayaraq, “Azəravtoyol” ASC bu yolla bağlı heç bir iş görmək fikrində deyil.

"Azəravtoyol" ASC-ninmətbuat katibi Anar Nəcəfli portalımıza açıqlamasında artıq yolun təmir olunması ilə bağlı yaxın bir ay ərzində işlərə start veriləcəyini bildirib:

“Sözügedən yolda konalizasiya, su və qaz xəttlərinin çəkilməsi ilə bağlı işlər görülürdü. Yolun təmiri planda mövcuddur və yaxın bir aya təmir işlərinə başlanılacaq”.

Anar Nəcəfli bundan öncə yoldakı təmir işlərinin dayandırılmasının səbəbini belə izah edib:

“Yolda işlər görülməyə başlandığı zaman bəzi konalizasiya xətlərini yenilənməyə başladılar. Biz də işlərin tam yekunlaşmasını gözlədik”.

Qeyd edək ki, Binəqədi-Biləcəri yolu artıq 3 ildən çoxdur ki, bərbad vəziyyətdədir.

OXŞAR XƏBƏRLƏR