Bakıda musiqiçi 10-dan artıq bıçaq zərbəsilə öldürüldü

Bakıda musiqiçi 10-dan artıq bıçaq zərbəsilə öldürüldü
Bütün Xəbərlər
12:52 12.11.2012
1416
Bakının Xəzər rayonunda törədilmiş qətlin təfərrüatı məlum olub.
Rayon Prokurorluğundan bildirildi ki, dünən 51 yaşlı Kamal Məlikliyə evinin yaxınlığında çoxsaylı bıçaq xəsarətləri yetirilib. O, qan içərəsində sürünərək özünü yaxınlıqdakı təcili yardım stansiyasına çatdırıb.“Məni bıçaqladılar” deyərək huşunu itirən K.Məlikliyə həkimlər yardım etmək istəsələr də, artıq gec olub. Həkimlər onun bədənində 10-dan artıq bıçaq yarası aşkarlayıblar.Qətli törədən şəxs hələlik məlum deyil.Onu da əlavə edək ki, K.Məlikli qarmon ifaçısıdır.10.12Bu gecə saat 01:00 radələrində Bakının Xəzər rayonu ərazisində qanlı hadisə törədilib. Rayon Prokurorluğundan məlumata görə, Buzovna qəsəbəsi Ağamaloğlu dalan 2 ünvanında Kamal Məlikli qarın və kürək nahiyyəsində bıçaqla ağır yaralanıb.Ağır vəziyyətdə ağır yaralanan K. Məlikli xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Onun kim tərəfindən qətlə yetirilməsi araşdırılır. Faktla bağlı cinayət məcəlləsi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR