Bakıda asılmış vəziyyətdə naməlum kişi meyiti tapılıb.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki Şərq yaşayış sahəsində tikintisi başa çatmamış evdə 30-35 yaşlı kişinin asılmış halda meyiti aşkar edilib. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.