Bakıda narkotik maddənin təsiri altında olan kişi qaçırdığı avtomobili polis maşınına çırpdı

Bakıda narkotik maddənin təsiri altında olan kişi qaçırdığı avtomobili polis maşınına çırpdı
KRİMİNAL
16:04 16.04.2020
2724
Bakının Nəsimi rayonunda narkotik maddənin təsiri altında olan şəxsin cinayət əməli nəticəsində polis əməkdaşları xəsarət alıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Aprelin 15-də, saat 00:45 radələrində Şamil Əzizbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Şəhriyar Həsənov karantin rejimi qaydalarını "yoxlamaq” məqsədilə 1993-cü il təvəllüdlü Şərur rayon sakini Anar Rzayevə məxsus "Opel” markalı avtomobili qaçırıb.

Hadisədən 15 dəqiqə sonra Ş.Həsənov polislərin "dayan” əmrinə məhəl qoymayaraq, qaçırdığı avtomobili Şamil Əzizbəyov və Əlimərdan bəy Topçubaşov küçələrinin kəsişməsində Nərimanov rayonunun 18-ci Polis Bölməsinin əməkdaşlarının olduğu "Fiat” markalı avtomobilə çırpıb.

Nəticədə, polis serjantı İlkin Müzəffərli (1991-ci il təvəllüdlü), operator Mehman Əliyev (1997-ci il təvəllüdlü), baş əməliyyat müvəkkili Ruslan Səfərov (1980-ci il təvəllüdlü) və hüquq-mühafizə orqanları əməkdaşlarının sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə apardıqları Kamal Mustafayev (1985-ci il təvəllüdlü) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) müraciət ediblər.

Xoşbəxtlikdən, onların arasında ciddi xəsarət alan olmayıb.

Ş.Həsənov saxlanılıb. İlkin dindirmə zamanı o, cinayət əməlini törədərkən narkotik maddənin təsiri altında olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO