Bakıda narkotik satışı ilə məşğul olan iki nəfər saxlanıldı - VİDEO

Bakıda narkotik satışı ilə məşğul olan iki nəfər saxlanıldı - VİDEO
KRİMİNAL
15:34 02.11.2021
908
Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Elvin Bədəlov Badamdar qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan zaman tutulub.

Onun üzərində şəxsi axtarış aparılarkən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Elvin Bədəlov ifadəsində narkotik vasitələri Ruhin adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə narkotik vasitəni satan Oğuz rayon sakini Ruhin İbrahimov da saxlanılaraq istintaqa təqdim edilib. Ruhin İbrahimovun mənzilinə baxış zamanı ümumi çəkisi 4 kiloqram 43 qram olan satış üçün saxladığı marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslərin hər biri izahatlarında Səbail və paytaxtın digər rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
15:41 08.11.2026
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
15:29 08.11.2026
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
İspaniyada hərbi təlim zamanı əsgər ölüb
15:25 08.11.2026
İspaniyada hərbi təlim zamanı əsgər ölüb
Prezident Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
15:19 08.11.2026
Prezident Ərdoğanın Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib
Güclü küləkdə bayrağı xilas etmək istədi - Video
15:10 08.11.2026
Güclü küləkdə bayrağı xilas etmək istədi - Video
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı qarşılamasına dair videoçarx
15:09 08.11.2026
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı qarşılamasına dair videoçarx
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
15:03 08.11.2026
Türkiyə Prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir
15:01 08.11.2026
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - VİDEO
14:54 08.11.2026
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - VİDEO
Şuşada liderlərin təkbətək görüşü keçirilir
14:53 08.11.2026
Şuşada liderlərin təkbətək görüşü keçirilir
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
14:45 08.11.2026
“Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu”
14:33 08.11.2026
“Qarabağ Azərbaycandır və nida” bəyanatının nida işarəsi Xankəndidə qoyuldu”
Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
14:30 08.11.2026
Şəmkirdə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb
Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
14:27 08.11.2026
Azərbaycan əsilli boksçu tərəfdarların hücumuna məruz qaldı
"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
14:19 08.11.2026
"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:13 08.11.2026
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb