Bakıda 'Novruz 2013' Beynəlxalq Gənclər Festivalı keçirilir

GƏNCLİK
00:10 22.03.2013
1520

Bakı şəhərində Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi (AEGEE-Bakı) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Novruz 2013” Beynəlxalq Gənclər Festivalı keçirilir.

ARGTMŞ-nın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, martın 25-dək davam edəcək tədbirin əsas məqsədi dünya gənclərini xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, eyni zamanda mühüm əhəmiyyət daşıyan mədəniyyətlərarası gənclər mübadiləsini inkişaf etdirməkdir. Festivalda dünyanın 30 ölkəsini təmsil edən 50 əcnəbi gəncin iştirak edir. Layihə çərçivəsində iştirakçılar ölkənin tarixi abidələrinə səfərlər edəcək,həmçinin Azərbaycan ailələri ilə birlikdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldəedəcəklər. Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda (“Dözümlülük”, “Yerli adət və ənənələr və qloballaşma”, “Müasir dünyada mədəniyyət”, “Musiqi özünü ifadə etmə üsulu kimi” və s.) aparacaqlar. Bu müzakirələr vasitəsilə iştirakçılar digər xalqların, həmçinin azərbaycanlı gənclərin fikirləri və mövqeləri ilə tanış olub, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhfə vermək imkanı qazanacaqlar.

OXŞAR XƏBƏRLƏR