Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq

Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq
SOSİAL
13:02 27.11.2020
380

Son günlərdə Covid-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından AZXEBER.COM-a verilən məlumata görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

OXŞAR XƏBƏRLƏR