Bakıda növbəti torpaq sürüşməsi baş verdi

Bakıda növbəti torpaq sürüşməsi baş verdi
Bütün Xəbərlər
12:36 15.03.2012
1327
Bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri sürüşmə baş verən ərazidə olublar. ANS TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, mütəxəssislər əraziyə baxış keçiriblər.Sürüşmə ərazisinə ağır texnika cəlb edilib və bağlanan yolun açılması istiqamətində işlər aparılır. Vətəndaşların təhlükəsizliyi nəzərə alındığından ərazi lentlə əhatəyə alınıb və heç kim buraxılmır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev ərazidə sürüşmə olmadığını deyib. İlkin məlumata görə, son vaxtlar yağan qar və yağışlardan sonra torpaq yumşalıb və istinad divarında çökmə baş verib.***06:32Ötən gecə Bakının Səbail rayonu Əlibəyov qardaşları küçəsi 10 saylı binanın qarşısında sürüşmə qeydə alınıb. ANS TV-nin məlumatına görə, hadisə zamanı binaya ziyan dəyməsə də, yaşayış evinin həyətində olan bir neçə tikili sürüşmənin qurbanı olub.Qeyd edək ki, sürüşmədən ilk xəbər tutan şəxs binanın nasosxanasında gözətçi işləyən Vaqif Əsgərov olub. “Nasosu vurdum. Gəldim çörək yeyəm. Xışıltı gəldi. Mən çölə çıxan kimi torpaq sürüşdü” – deyə bina sakini Vaqif Əsgərov bildirib.Sürüşmə nəticəsində çökən torpaq Əlibəyov küçəsində avtomobil yolunun da bağlanmasına səbəb olub. Bina sakinlərinin sözlərinə görə sözügedən ərazidə bir neçə il də bundan əvvəl bu gür hadisə qeydə alınıb.Əlibəyov qardaşları 10 saylı binanın sakinləri sürüşmənin həmin ərazidən keçən su xətlərində olan nasazlıq səbəbindən baş verdiyini bildirdilər. Sakinlər müsahibə zamanı sürüşən ərazidən keçən su xəttində uzun illərdir ki, nasazlıq olduğunu və həmin xətlərdən sızan suyun da sonda sürüşməyə səbəb olduğunu deyiblər.Digər bina sakini Mikayil Səmədov 20 ildir su axdığını, sürüşən torpağın isə sonradan tökülən və preslənməyən torpaq olduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR