Bakıda növbəti yanğın - VİDEO

Bakıda növbəti yanğın - VİDEO
Bütün Xəbərlər
10:15 26.05.2015
3186

Yaxınlıqda mazut gölməçəsi olub.

10:32

Fövqəladə Hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb.

AZXEBER.COM FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 500 kv.m sahədə mazut qarışıqlı məişət tullantıları yanıb.

Yaxınlıqdakı tikililər və mazut gölməçəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

10:15

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində yanğın hadisəsi baş verib.

Bu barədə AZXEBER.COM-a həmin ərazid yaşayan vətəndaşlarımız məlumat veriblər və hadisə yerindən çəkilən fotoşəkillər və videonu redaksiyaya göndəriblər.

Bildirilir ki, əvvəlcə hadisə yerinə 1 yanğınsöndürən avtomobil gəlsə də, sonradan yanğının miqyasının böyük olduğu üçün əlavə maşınlar çağırılıb.

Hazırda yanğın söndürülüb.

Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışacağıq.

 
 
OXŞAR XƏBƏRLƏR