Bakıda qaçırılan ruhi xəstə qızın ailəsi polisə şikayət edib.
AZXEBER.COM-un Qafqazinfo- ya istinadən verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib. Bakı sakini, 1963-cü il təvəllüdlü P.Söhbətov 7-ci polis bölməsinə şikayət edərək qızının qaçırıldığını bildirib. Qızı qaçırılan ata qeyd edib ki, Hafiz adlı şəxs 1991-ci il təvəllüdlü ruhi xəstə Günayı (şərti ad) evlənmək məqsədi ilə qaçırıb.