Bakıda oğlan rus qıza görə özünü 13-cü mərtəbədən atmaq istədi, FHN qarşısını aldı – VİDEO

Bakıda oğlan rus qıza görə özünü 13-cü mərtəbədən atmaq istədi, FHN qarşısını aldı – VİDEO
Bütün Xəbərlər
19:30 10.07.2014
10569

Fövqəladə Hallar Nazirliyi bu gün axşam saatlarında Bakıda intihara cəhdlə bağlı məlumat yayıb.

AZXEBER.COM-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda 1 nəfər kişinin intihara cəhd edib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxs çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsindən atmaq niyyətindədir. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.

19:25

Rus qızına görə özünü 19 mərtəbəli binadan atmaq istəyən Ceyhun bu fikrindən daşınıb.

Hadisə yerində olan müxbirimizin sözlərinə görə, heç kimin sözünə məhəl qoymayan Ceyhun hadisə yerinə sevgilisi Anastasiyanın gəlməsi ilə bu fikrindən daşınıb və sevgilisinin yanına gəlib.

19:02

Özunü atmaq istəyən şəxsin kimliyi məlum olub.

AZXEBER.COM-un hadisə yerində olan müxbirinin sözlərinə görə intihar etmək istəyən şəxsin adı Ceyhundur. O, Anastasiya adlı qıza olan sevgisinə görəözünü 19 mərtəbəli binadan atmaq istəyir.

18:25

Bakının Bəşir Səfəroğlu küçəsində gənc oğlan özünü 19 mərtəbəli binadan atmaq istəyir.

AZXEBER.COM-un hadisə yerində olan müxbirinin sözlərinə görə, ilkin ehtimallara görə intihara səbəb oğlanın qıza olan sevgisidir. O sevdiyi qızın gəlməyəcəyi təqdirdə özünü binanın 13-cü mərtəbəsindən aşağı atacağını deyib.

Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunur.

İntihar etmək istəyən şəxsin kimliyi məlum deyil.

OXŞAR XƏBƏRLƏR