Bakıda orta məktəbdə cinayət

KRİMİNAL
13:50 05.06.2014
5466
Ötən gün Bakının Sabunçu rayonu ərazisində yerləşən 96 saylı orta məktəbin həyətində qətlə yetirilən kişi meyidi tapılıb.
Öldürülən şəxsin Yevlax rayon sakini Elçin Abbasov olduğu bildirilib. Onun bıçaqla qətlə yetirildiyi bildirilir.
Sabunçu rayon Polis İdarəsi 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini Yusif Ələkbərzadə tərəfindən törədilməsi müəyyən edilib.
Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.(Anspress)

OXŞAR XƏBƏRLƏR