Bakıda orta məktəbdə şagirdi öldürən şəxs tutuldu

Bakıda orta məktəbdə şagirdi öldürən şəxs tutuldu
Bütün Xəbərlər
11:10 18.10.2013
1712

Bakının Nizami rayonunda 10 saylı orta məktəbin həyətində baş verən qanlı hadisəni törədən tutulub. 

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, 4 saylı Peşə Məktəbinin şagirdi Famil Gülüşovu bıçaqlayan 9 saylı Peşə Məktəbinin birinci kurs şagirdi, 1995-ci il təvəllüdlü Kamran Cahid oğlu Nəcəfov olduğu məlum olub. Polisin axtarışları nəticəsində K.Nəcəfov tutulub. Qeyd edək ki, ötən gün saat 15:09 radələrində Bakının Nizami rayonu ərazisində orta məktəbin həyətində qətl baş verib. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 10 saylı orta məktəbin həyətində 1990-cı il təvəllüdlü Famil Gülüşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Faktla bağlı araşdırma aparılır. (anspress)

OXŞAR XƏBƏRLƏR