Bakıda oğrular evi qarət edib yandırdı

Bakıda oğrular evi qarət edib yandırdı
Bütün Xəbərlər
10:41 22.08.2013
2354

Bakıda oğurluq hadisəsi baş verib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yeni Yasamal 2, ev 5, mənzil 4-də yaşayan Emin Rafiq oğlu Nəsirovun mənzilindən, ev sahibi evdə olmadığı müddətdə açar seçmə yolu ilə, 1 ədəd kürk, 2 ədəd noutbuk, qızıl-zinət əşyaları və içərisində sənədlər olan seyf naməlum şəxslər tərəfindən oğurlanıb. 

Bundan sonra ev yandırılıb. Nəticədə 80 kvadratmetr sahəsi olan evin 10 kv.m-i yanıb.

OXŞAR XƏBƏRLƏR