Böyük Britaniya vətəndaşı olan 56 yaşlı şəxsin ölüm səbəbi araşdırlırOktyabrın 28-də Bakıda otellərdən birində meyit tapılıb.Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şahbazi küçəsi 8 ünvanında yerləşən “Wellington Heightes” otelində, Böyük Britaniya vətəndaşı, 1955-ci il təvəllüdlü Stiv Fordiyer Mayklenin meyiti tapılıb.Azərbaycan paytaxtında şirkətlərdən birində çalışan 56 yaşlı ingilisin hansı şəraitdə və nə səbəbdən ölməsi məlum deyil. Faktla əlaqədar araşdırma aparılır.