Bakı şəhərinin Nəsimi rayonu ərazisində yaşayan S.Məmmədova 20-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Papanin adı ilə tanının ərazidə, Maqsud Əlizadə küçəsində yaşayan qadının şikayəti doğma oğlundan olub. Qadın bildirib ki, oğlu, 21 yaşlı Vüsal Məmmədov yeniyetmə yaşlarından pis yola düşüb, narkotik istifadə etməyə başlayıb. Buna görə də 2 il əvvəl V.Məmmədov tutulub, məhkum edilib. Bu müddətdə qadın dəfələrlə oğlunun yanına gedib gəlib, onu azadlığa çıxandan sonra evləndirəcəyini, düz yola qaytaracağını deyib.Bu ilin martında V.Məmmədov həbsxanadan çıxıb. Lakin o, narkotik vasitələrdən yenə də əl çəkə bilməyib, vaxtaşırı olaraq anasından pul tələb edib. Pul ala bilmədikdə isə heç bir yerdə işləməyən gənc evdə dava-dalaş salıb. Bir neçə gün əvvəl isə V.Məmmədov anasından yenə pul istəyib. Qadın ona verməyə pulunun olmadığını deyib. Nəticədə oğul anasını yumruq təpiklə döyməyə başlayıb. Bu azmış kimi 21 yaşlı V.Məmmədov anasını dartaraq küçəyə çıxarıb, bel kəməri ilə doğma anasını qonşuların gözü qarşısında amansızlıqla döyüb. Bütün bunları isə oğul anasını əxlaqsızlıqda suçlayaraq, onu söyə-söyə edib.