Bakıda oğul atasını soydu

Bakıda oğul atasını soydu
Bütün Xəbərlər
12:54 30.04.2015
691
Bakıda oğul atasını soydu. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oğul atasının 8 min manat pulunu oğurlayıb.Hadisə aprelin 28-də saat 12-13 radələrində qeydə alınıb.İqbal Həmidovun Zığ yolu küçəsində yerləşən evindən, açar seçmə yolu ilə 8000 manat oğurlanıb.Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bəlli olub ki, bu həmin ünvanda yaşayan ev sahibinin oğlu - 1991-ci il təvəllüdlü Vüsal İqbal oğlu Həmidovdur.
OXŞAR XƏBƏRLƏR