Bakıda oğurlanan iki yaşlı uşaq tapıldı - Saxlanılanlar var - Video

SOSİAL
19:38 08.01.2022
1044
Oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov məlumat verib.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR