Bakıda oğurluq edib qaçan əcnəbi hava limanında saxlanıldı

Bakıda oğurluq edib qaçan əcnəbi hava limanında saxlanıldı
SOSİAL
11:54 19.01.2023
170
Bakıda xarici ölkə vətəndaşı oğurluq edib Azərbaycandan qaçarkən hava limanında yaxalanıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846.000 rupinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR