Bakıda əcnəbi vətəndaşlar arasında kütləvi dava olub.
Hadisə Bakının Nəsimi rayonu, Lev Tolstoy küçəsində yerləşən "Pakistan” restoranında qeydə alınıb.
Restorana yeyib-içməyə gələn Pakistan vətəndaşları Mohomod Bud, Muşdaq Kashifi və Nasir adlı şəxs arasında düşən davada bir nəfər ağır xəsarət alıb.
Baş verən hadisə ilə bağlı polisə məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
///Lent.az