Bakıda parkda dekorativ daş uşağın üzərinə aşıb

HADİSƏ
22:32 09.06.2021
1631
Bakının Nəsimi rayonu ərazisində yerləşən Qızılgül Parkında xoşagəlməz hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, parkdakı hovuzun üzərində qoyulmuş, dairəvi formalı ağır dekorativ daşlardan biri təxminən 6-7 yaşlı uşağın üzərinə aşıb.

Nəticədə onun ayaqları əzilib.

Uşaq parka çağırılmış polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.

OXŞAR XƏBƏRLƏR