Bakıda parklanma yerləri ilə bağlı yenilik

Bakıda parklanma yerləri ilə bağlı yenilik
SOSİAL
10:01 19.09.2016
2757

Oktyabrın sonuna qədər Bakıda avtomobillər üçün kommersiya parklanma yerləri kontaktsız ödəniş qəbul edəcək. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Söhbət paytaxt ərazisində ticarət-əyləncə mərkəzləri və digər ictimai yerlərdə fəaliyyət göstərən parklanma yerlərindən gedir. Həmin kommersiya parklanma yerlərinin kontaktsız ödəniş sisteminə keçməsi ilə bağlı artıq razılaşma da əldə olunub.

Ödəniş “Azərpoct”un bütün poçt xidmətlərindən əldə ediləcək, xüsusi kontaktsız kartlar vasitəsilə həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR