Bakıda "parnik"dən 250 minlik OĞURLUQ

Bakıda "parnik"dən 250 minlik OĞURLUQ
SOSİAL
18:33 24.09.2022
400
Bakıda istixanada külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, Türkan qəsəbəsi ərazisində yerləşən, istismarda olmayan bir istixanadan 250.000 manat dəyərində 2000 metr qaz borusu kəsilərək oğurlanıb.

Bu barədə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 9 nəfər müəyyən olunaraq saxlanılıb

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR