Bakıda partlayış baş verən ‘Army market’lə bağlı maraqlı iddia - TƏFƏRRÜAT

Bakıda partlayış baş verən ‘Army market’lə bağlı maraqlı iddia - TƏFƏRRÜAT
Bütün Xəbərlər
00:48 10.10.2014
6518

Oktyabrın 8-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində “Army” mağazası üçün inşa edilən soyuducu anbarda qaz sızmasından ani partlayış baş verib. 

Rəsmi məlumata görə, partlayış zamanı orada işləyən 1 nəfər hadisə yerində ölüb, 8 nəfər isə xəsarət alıb.

Bundan başqa, hadisə zamanı anbarın üstündə olan beton örtük dağılıb, yaxınlıqda dayanan 3 bahalı avtomobilə ciddi ziyan dəyib. Habelə binanın 2-ci mərtəbəsindən 9-cu mərtəbəsinədək olan mənzillərin pəncərə şüşələri sınıb.

Hadisənin baş verdiyi “Army” mağazası eyni zamanda başqa bir olayla da yaddaşlarda qalıb.

Xatırlayırsınızsa bu market çörəyə ehtiyacı olan yaşlı bir qadının şəklini oğru kimi çəkib divara vurduğuna görə, bina sakinlərinin etiraza səbəb olmuşdu. Hətta o zaman Facebook sosial şəbəkəsində Biləcəriidəki bu "Army market”lə bağlı boykot çağırışı da edilmişdi. 

Səbəb çörəyə ehtiyacı olan və götürdüyü çörəyin pulunu verə bilməyən bir yaşlı qadının şəklinin marketə vurulmasıydı. Market daxilindəki kameralar vasitəsilə görüntülənən qadının fotosu oğru kimi "Marketimizdən oğruluq edən!” elanı ilə divara vurulmuşdu. 

Ötən ilin avqustunda baş vermiş sözügedən olay sosial şəbəkədə geniş müzakirələrə yol açmaqla yanaşı, ciddi şəkildə tənqid olunmuşdu. Məsələni tənqid edənlər bu olayın həddən artıq utancverici olduğunu söyləyərək, yaşlı qadının bəlkə də ehtiyac üzündən belə bir addım atdığını bildiridilər.

Hüquqşünaslar öz növbəsində bu məsləyə dair açıqlama verərək bildirmişdilər ki, hər bir halda oğurluq edən şəxsin gördüyü iş araşdırılmalıdır və bunun üçün hüquq-mühafizə orqanları var. Lakin oğurluq edən şəxsin kimliyindən asılı olmayaraq, onun şərəf və ləyaqəti heç kəs tərəfindən alçaldıla bilməz. 

O zaman marketin rəhbərliyinin bu hərəkətini günah sayanlar da olmuşdu. Hətta həzrəti Məhəmməd peyğəmbərdən belə bir hədis missal gətirilmişdi: ”Başqalarının eybini örtün ki, Allah da sizin eyblərinizi örtsün”. Bu da günahın sonu. Cəmi bir il cəkdi. Kim bilir, bəlkə "Army market”də baş verən bu partlayış ötən il çörək oğrusu élan edilmiş o ağbirçək qadının ah-naləsinin nəticəsidir…

modern.az

OXŞAR XƏBƏRLƏR