Bakıda “Məşğulluq və peşə təhsili sahəsində ehtiyaclar və imkanlar” mövzusunda məşğulluq forumu keçirilib.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak ediblər.Tədbirin əsas məqsədi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən həyata keçirilən Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı çərçivəsində görülmüş işləri müzakirə etmək və perspektiv fəaliyyət imkanlarını müəyyənləşdirməkdən ibarət olub.Qeyd edək ki, hökumətlərarası razılaşmaya uyğun olaraq, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin 2008-ci ildən etibarən reallaşdırdığı proqram Azərbaycanda iqtisadi inkişaf proseslərinin planlaşdırılmasına və icrasının yaxşılaşdırılmasına xidmət edir.Dörd komponentdən ibarət olan bu proqramın bir komponenti Azərbaycanda ixtisaslaşmanın və məşğulluğun təşviq edilməsinə dair tədbirlər planının həyata keçirilməsini nəzərdə tutur.