Paytaxt ərazisində maraqlı maşın qaçırılması olub. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.az-a verilən məlumata görə, aprelin 19-da A.Məhərrəmov küçəsində yerləşən avtoyuma sexindən Bakı şəhər sakini Tacəddin Əfəndiyevə məxsus 5-ci seriya “BMW” markalı maşın qaçırılıb.Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi və Ağsu rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Ağsu rayon sakini Eyvaz Kazımov aprelin 23-də Ağsu rayonunda avtomobillə birlikdə saxlanılıb. Cinayətin digər iştirakçısının tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.Onu da əlavə edək ki, T.Əfəndiyev peşəkar idmançıdır. O, aykido üzrə “Hombu Dojo” aykido klubunda müəllimdir.