Bakıda piyada az qala yol polisinin ölümünə səbəb olurdu - VİDEO

Bakıda piyada az qala yol polisinin ölümünə səbəb olurdu -  VİDEO
Bütün Xəbərlər
17:50 03.04.2014
1874

Polis maşını yolun kənarındakı maneəyə çırpılır.

Sosial şəbəkələrdə bir müddət əvvəl Dövlət Yol Polisinin avtomobilinin uğradığı qəzanın videogörüntüləri yayılıb.

Videodan yol polisinin avtomobilinin yola çıxmış piyadanı vurmamaq üçün maşını qəflətən yolun kənarına çəkməsi və bu zaman ağacla toqquşması görünür.

Piyada onun günahı ucbatından qəzaya uğramış polis əməkdaşlarının vəziyyəti ilə maraqlanmadan hadisə yerindən qaçaraq gizlənir.

Xatırladaq ki, bir müddət əvvəl xəbər verdiyimiz kimi, bu hadisə martın 31-də baş verib. Yol Polisinin avtomobili Azadlıq meydanında, Hökumət Evinin qarşısında qəzaya uğrayıb.

İlkin məlumatlara görə, “10-YP-429” dövlət nömrə nişanlı polis avtomobili yolun kənarındakı maneəyə çırpılıb.

Polis maşını yolun kənarındakı maneəyə çırpılır. (oxu.az)

OXŞAR XƏBƏRLƏR