Bakıda piyada maşınların toqquşmasına səbəb oldu - VİDEO

Bakıda piyada maşınların toqquşmasına səbəb oldu -  VİDEO
Bütün Xəbərlər
23:21 01.01.2015
4027
Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu yol-nəqliyyat hadisəsi “Gənclik” metrostansiyası yaxınlığında – Koroğlu Rəhimov küçəsində baş verib.

AZXEBER.COM avtosfer.az-a istinadən xəbər verir ki, velosipedlə hərəkət edən piyada qaydalara tam əməl edərək yolu keçərkən velosipeddən düşür və yeriyerərək yolu keçir. Özü də zebra kimi tanıdığımız piyada keçidindən. İş o yerə çatır ki, piyada öz yolunu qorxa-qorxa gedir. Elə qorxmağa haqqı da varmış. Maşınlardan biri dayanıb piyadaya yol vermək istəyərkən arxadan başqa maşın onu vurur.

Artıq hər şey göz qabağındadır. İndi baxsınlar görək ara məsafəsi lazımdır, ya yox?

OXŞAR XƏBƏRLƏR