Bakıda piyadaları sevindirəcək yenilik: Paytaxt küçələrində...
SOSİAL
22:56 03.07.2026
219
Bakıda yol hərəkətinin təhlükəsizliyinin artırılması istiqamətində növbəti layihəyə start verilir.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxt ərazisində tumba və məhəccərlərin hazırlanaraq quraşdırılmasını həyata keçirəcək.
Layihənin ehtimal olunan dəyəri 1 milyon 224 min manat təşkil edir.
İşlər çərçivəsində şəhərin müxtəlif ərazilərində 2 900 ədəd tumba və ümumilikdə 1 100 paqon metr metal məhəccər quraşdırılması nəzərdə tutulur. Tumbalar avtomobillərin səkilərə çıxmasının qarşısını almaq, məhəccərlər isə piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.
Həyata keçiriləcək işlərin paytaxtda yol infrastrukturunun təkmilləşdirilməsinə, piyadaların təhlükəsizliyinin gücləndirilməsinə və nəqliyyatın daha nizamlı təşkilinə töhfə verəcəyi gözlənilir.