Göy məscidin yaxınlığında qəribə hadisə
DYP maşını ara küçələrdən birinə daxil olaraq dayanıb. İçindən düşən polis əməkdaşı maşının nömrələrini sökərək ərazidən uzaqlaşıb. Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə polis maşınını ön şüşəsi və güzgüsü qırıq olub. Bu da ağıllara polisin cinayət törədib hadisə yerini tərk etməsi fikrini gətirir.
Qeyd edək ki, hadisə Nizami rayonunda Göy məscidin yanındaki məhlələrin birində baş verib.
