Bakıda polis idarəsinin yaxınlığında yanğın başladı

Bakıda polis idarəsinin yaxınlığında yanğın başladı
Bütün Xəbərlər
15:21 20.06.2013
1061

Yasamal rayon Polis İdarəsinin yaxınlığında yanğın başlayıb.

Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə idarənin inzibati binasının yaxınlığında yerləşən zibillikdə meydana gəlib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğının polis idarəsinə keçməsinin qarşısı alınıb. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

OXŞAR XƏBƏRLƏR