Bakıda polis iri maşınları yoxlayacaq

Bakıda polis iri maşınları yoxlayacaq
Bütün Xəbərlər
15:43 01.08.2013
2221

"Avtomobil parklarında nəqliyyat vasitələrinin mühərrikləri xüsusi cihazlar vasitəlilə yoxlanılaraq müvafiq tədbirlər görüləcək”

Bu güdən etibarən yol polisi Bakıda bütün növ avtomobilləri yoxlayacaq. "Daxili İşlər Nazirliyi və Ekologiya, Təbii Sərvətlər Nazirliyi rəhbərliyinin təsdiq etdiyi “Tədbirlər planı”nın tələbinə uyğun olaraq, hər il ənənəvi olaraq ölkədə keçirilən “təmiz hava” aylığı ilə əlaqədar avqustun 1-dən 31-dək Bakıda iri avtomobil müəssisələri nəzarətə götürüləcək, avtomobil parklarında nəqliyyat vasitələrinin mühərrikləri xüsusi cihazlar vasitəlilə yoxlanılaraq müvafiq tədbirlər görüləcək”,- bunu Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, yol hərəkətində istismar edilən bütün növ avtomobillər saxlanılaraq, mühərriklərin ixrac etdikləri dəm qazının tərkibi yoxlanılıb müvafiq qərar qəbul ediləcək.

OXŞAR XƏBƏRLƏR