Bakıda polis rəisinin müavinini döydülər

Bakıda polis rəisinin müavinini döydülər
Bütün Xəbərlər
16:02 17.01.2012
1622
Bakıda polis rəisinin müavininə xəsarət yetiriblər.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 16-da saat 09:30 radələrində Sabunçu rayonu ərazisində "Setra" markalı avtobusun sürücüsü yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmağa cəhd göstərərkən Sabunçu rayon Polis İdarəsinin rəis müavini Əbülfət Rzayev tərəfindən saxlanılıb.Bu zaman avtobusun sürücüsü Elxan Eminov və sərnişinləri Süleyman Alıyev, onun oğlu Elnur və Xıdır adlı şəxs Rzayevi təhqir edib və ona sifət nahiyəsindən xəsarət yetirib.
OXŞAR XƏBƏRLƏR