Bakıda polis serjantı ölümlə hədələnib

Bakıda polis serjantı ölümlə hədələnib
Bütün Xəbərlər
16:41 10.12.2015
1154

Bakıda polis serjantı ölümlə hədələnib.

“Report”un xəbərinə görə, bu barədə o, özü raport yazıb.

Belə ki, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin polis serjantı, 1993-cü il təvəllüdlü Kamran Muxtarov Qaraçuxur qəsəbəsində döyülüb. O, yazdığı raportda bildirib ki, qəsəbədə yerləşən çayxananın qarşısında xuliqanlıq zəminində Azər adlı şəxs onu döyüb, sonra isə şikayət edəcəyi təqdirdə öldürəcəyi ilə hədələyib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR