Bakıda polis özünə atəş açıdı

Bakıda polis özünə atəş açıdı
SOSİAL
16:19 13.10.2016
2201
Bakıda polis ehtiyatsızlıqdan xidməti tapançasından açılan atəş nəticəsində yaralanıb.

Hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Maqsud Mehdiyev xidməti tapançasından açılan atəş nəticəsində sağ ayağından xəsarət alıb.

Yaralı 1 saylı Şəhər Tibbi Kliniki Mərkəzə yerləşdirilib. M.Mehdiyev ayaq nahiyəsindən əməliyyat olunub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, M.Mehdiyev Bakıdakı polis idarələrindən birində çalışır.

Report.az 
OXŞAR XƏBƏRLƏR