Bakıda yol polisi millət vəkilini maşından düşürüb. Maraqlı olay iki gün əvvəl şəhərin mərkəzində, İstiqlaliyyət küçəsində baş verib.
Yol polisi qaydanı pozduğuna görə millət vəkili Rəfael Hüseynovun olduğu "Prado" markalı avtomobili saxlayıb, millət vəkilinin xahişinə baxmayaraq, onu cərimələyib.
Bu barədə açıqlama verən deputat bildirib ki, cərimələnən sürücü onun yaxın tanışıdır.
"Həmin maşın mənim deyil, yaxın tanışımındır. O, Hacıqabuldan gələrkən yol hərəkəti qaydasını pozduğu üçün polis tərəfindən saxlanılıb. Mən onunla əlaqə saxlayanda yol polisi tərəfindən saxlanıldığını bildirdi. Bundan sonra mən onların yanına gəldim. Bir daha bildirmək istəyirəm ki, yol polisi məni cərimələməyib. Həm də mənim nə xidməti, nə də şəxsi `Prado` markalı maşınım var`, - deyə deputat bildirib. (criminal.az)