Bakıda polisi maşın vurdu

Bakıda polisi maşın vurdu
Bütün Xəbərlər
14:52 29.04.2013
1636

Bakıda polis əməkdaşını maşın vurub.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi BMW markalı avtomaşınla həmin ərazidə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inspektoru, polis serjantı Famil Əhmədovu vuraraq hadisə yerindən qaçıb. Nəticədə xəsarət alan F. Əhmədov hospitala yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Ə. Əliyev tutulub.

OXŞAR XƏBƏRLƏR