Bakıda polislə vətəndaşlar arasında kütləvi dava düşdü

Bakıda polislə vətəndaşlar arasında kütləvi dava düşdü
Bütün Xəbərlər
12:07 19.11.2012
1082
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, noyabrın 18-dən 19-na keçən gecə saat 03:00 radələrində bir qrup şəxs polisin qanuni tələbinə tabe olmayıb və aralarında dava yaranıb.Qaraçuxur qəsəbəsində, ailəvi istirahət mərkəzinin yaxınlığında baş vermiş hadisə zamanı həmin şəxslər polislərə qarşı zor tətbiq edərək onlara xəsarət yetiriblər. Əraziyə əlavə qüvvələr cəlb olunmaqla asayişi pozan şəxslər saxlanılıb.Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
//Trend
OXŞAR XƏBƏRLƏR