Bakıda polislər əlbəyaxa dava etdilər - VİDEO

Bakıda polislər əlbəyaxa dava etdilər -  VİDEO
Bütün Xəbərlər
11:27 27.05.2014
2140
Hadisə polis postunda baş verib.
Bakıda polis əməkdaşları əlbəyaxa oldular.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, hadisə dünən saat 21.00 radələrində Sabunçu rayonu ərazisində, keçmiş “Komsomol körpüsü”nün altında yerləşən polis postunda baş verib.
Körpünün və dəmir yolu xəttinin mühafizəsində dayanan polislər xidməti unudaraq mübahisəyə, sonradan isə davaya başlayıblar. Bir-birini söyüşlə təhqir edən polisləri onlarla birlikdə olan digər iki həmkarları sakitləşdirib. Onlar sakitləşdirilsələr də, bu gün idarədə yenidən haqq-hesab çürüdəcəkləri ilə bağlı bir-birini xəbərdar ediblər.
OXŞAR XƏBƏRLƏR