Bakıda 'PR School' layihəsinin açılış mərasimi keçirilib

Bakıda
GƏNCLİK
16:15 03.10.2013
1354

Azərbaycanda gənclərin ictimaiyyətlə əlaqələr sahəsində biliklərinin artırılması və bu sahədə peşəkar kadrların hazırlanmasına töhfə vermək məqsədilə “PR School” adlı yeni layihəyə start verilib.

AZXEBER.COM-un məlumatına görə, layihə “İrəli” İctimai Birliyi və “Hajizade Group” şirkəti tərəfindən birgə həyata keçirilir.Layihənin təqdimat mərasimində “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev qeyd edib ki, layihəyə müasir dövrdə Azərbaycanda və dünyada ictimaiyyətlə əlaqələrə olan marağı, eləcə də ölkəmizdə bu sahənin mütəxəssislərinə ehtiyacı nəzərə alaraq start verilib.“Bizə gələn müraciətlərin çoxluğunu nəzərə alaraq ictimaiyyətlə əlaqələrlə bağlı layihəyə start verdik. Bu sahədə Azərbaycanda ixtisaslı kadr hazırlığı ilə məşğul olan təşkilatlar azdır və bu sahəyə töhfə vermək məqsədilə “PR School” layihəsini həyata keçirməyi qərara aldıq. Ümid edirik ki, bu layihə nəticəsində uğurlu bir iş ərsəyə gələcək”.R.Mərdiyev vurğulayıb ki, layihə çərçivəsində 25 gəncə ölkənin aparıcı, təcrübəli PR və marketinq üzrə mütəxəssisləri, eləcə də media nümayəndələri PR fəaliyyətinin incəlikləri, xüsusiyyətləri haqqında məlumat verəcək, mövzu ilə bağlı təlimlər keçiriləcək.“İki ay davam edəcək layihənin sonunda təlimləri uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq”.“Hajizade Group” şirkətinin rəhbəri Əli Hacızadə isə bildirib ki, Azərbaycanda bu sahədə mütəxəssislərə ehtiyac var, ancaq hazırda onların sayı azdır:“Məhz bunu nəzərə alaraq belə bir layihənin həyata keçirilməsinə təşəbbüs etdik. İnanırıq ki, gənclərin layihə çərçivəsində əldə edəcəkləri biliklər onların gələcək peşəkar həyatlarında mühüm rol oynayacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz