Bakıda qaçırılan 14 yaşlı qız tapıldı

Bakıda qaçırılan 14 yaşlı qız tapıldı
SOSİAL
13:17 03.11.2021
278
Bakıda qaçırılan yeniyetmə qız tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərtidir) noyabrın 2-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü A.L naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb. Onun hansı məqsədlə qaçırıldığı hələ ki, məlum deyil.
OXŞAR XƏBƏRLƏR