Bu gün saat 12:15 radələrində Bakının Nəsimi rayonu ərazisində kafe işlədən qadını başından balatayıblar.Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən verilən məlumata görə, 3 mikrorayon ərazisində “Ağdam” kafesində qadını baltalayıblar. Baltalanan şəxs kafeni işlədən 45-50 yaşlarında olan Könül adlı qadındır. Qadını baltalayan şəxsi də polis tutub və qandallayıb.Həkimlərin səyinə baxmayaraq, Könülün həyatını xilas etmək mümkün olamyıb və qadın dünyasını dəyişib.Hadisənin isə nə səbəbdən baş verməsi məlum deyil. Hazırda ərazidə hüquq-mühafizə orqanları çalışır.