Hadisə Nazami rayonunda baş verib
Bakının Nizami rayonunda oğurluqda şübhəli bilinən qadın tutulub. Rayon Polis İdarəsindən verilən məlumata görə, 2011-ci il dekabrın 28-də Vəfa Sərabiyə məxsus, içərisində 1000 manat, 900 dollar pul və açarlar olan pul kisəsi oğurlanıb. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Roza Ağaməmmədova tutulub. Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(milli.az)