Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, O.Əliyev küçəsi ev 30/6, mənzil 10-da kirayədə yaşayan Məmmədova Turanə Mirzəli qızı mübahisə zəminində qeyri-rəsmi nikahda yaşadığı Rəhimov Rəşad Əli oğlunu bıçaqlayıb. R.Rəhimov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Məmmədova saxlanılıb, faktla əlaqədar cinayət işi başlanılıb.